Novxanıda 3 otaqlı ev yanıb

13 Dekabr 2019 09:12 (UTC+04:00)

Novxanı kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.