Avstraliyada Azərbaycan səfirliyi fəaliyyət göstərəcək
9 May 2012 11:28 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycanın
Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin
fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, prezident
Nazirlər Kabinetinə Avstraliya İttifaqında səfirliyinin
fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və
maliyyələşdirilmə məsələlərini həll etməyi, XİN-ə isə səfirliyin
strukturunu və ştat cədvəlini təsdiq etməyi
tapşırıb.