Hər gün bir ovuc qoz ləpəsi yeməyin İnanılmaz FAYDALARI

13 Dekabr 2019 18:40 (UTC+04:00)

Qoz bütün dünyada ən faydalı və qiymətli qida məhsulu sayılır. Müalicəvi və profilaktik xüsusiyyətlərinə görə qoz bütün digər çərəzlər arasında əsl çempiondur.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, qida mütəxəssisləri hər gün bir ovuc qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bunun insan sağlamlığına saysız-hesabsız faydaları vardır:

- Ürək və damarı xəstəliklərdən qoruyur

- Qanda xolesterinin səviyyəsini aşağı salır

- İnsult və infarktın riskini azaldır

- Şəkərli diabetin riskini azaldır

- Metabolik sindromunun profilaktikasıdır

- Beyinin fəaliyyətini yaxşılaşdırır

- İnsanın əhvalını yaxşılaşdırır

- Təzyiqi tənzimləyir

- Güclü antioksidant xüsusiyyətlərinə görə orqanizmi hüceyrə səviyyəsində qoruyur

- Orqanizmdə iltihabları azaldır

- Artritin riskini azaldır.

- Süd vəzi xərçənginin riskini azaldır

- Prostat vəzi xərçənginin riskini azaldır

- Kişilərdə potensiyanı yaxşılaşdırır

- Yaddaşı yaxşılaşdırır

- Beyinin erkən qocalmasının qarşısını alır

- Yodla zəngin olduğundan qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təzir edir

- Sümüklərin sağlamlığına müsbət təzir edir

- Arıqlamağa kömək edir