Bakıda ofisdən 40 min manat oğurlayan şəxs saxlanılıb

13 Dekabr 2019 13:53 (UTC+04:00)

Bakıda ofisdən 40 min manat oğurlayan şəxs saxlanılıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40 min manat və bir uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov tutulub.