Təcavüz etdiyi qadınlara 25 milyon ödəyəcək

13 Dekabr 2019 21:23 (UTC+04:00)

Qalmaqallı prodüser Harvi Vaynşteynlə bağlı məhkəmə qərar verib.

Axşam.az xəbər verir ki, bir neçə aktrisanın təcavüz iddiası ilə məhkəməyə verdiyi Harvinin günahı təsdiq edilib.

Məhkəmə prosesi 2 ildir davam etsə də, prodüser hər dəfə bunların həqiqətə uyğun olmadığını iddia edib. hakim Vaynşteynə 25 milyon dollar cəza tədbiq edib. Bu məbləğ onun təcavüzünə məruz qalan qızlar arasında bölüşdürüləcək.

Qərar hələ tam qüvvəyə minməyib. Bunun üçün həm şikayətçilərin, həm də qarşı tərəfin razılığı tələb olunur.