Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi

14 Dekabr 2019 13:25 (UTC+04:00)

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.