Azərbaycan növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib

14 Dekabr 2019 16:44 (UTC+04:00)

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.

Mövqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, MSK-nın dəvətlərinə artıq cavab reaksiyaları gəlməkdədir. R.Qasımov qeyd edib ki, bununla bağlı gələn həftə ictimaiyyətə ətraflı məlumat veriləcək.