Siraqəddin Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

14 Dekabr 2019 16:34 (UTC+04:00)

Prezident İlham Əliyev Siraqəddin Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.