“Alqışlamaq çox çətindir?” - Aygün Kazımovadan tamaşaçılara + Video

15 Dekabr 2019 23:24 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova qardaşının ölümündən günlər sonra ilk dəfə tamaşaçı qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, o, “Zima” Uşaq Musiqi Festivalı çərçivəsində yeniyetmə iştirakçı Cəlal Bəşirovla “Карие Глаза” mahnısın ifa edib.

Sənətçi ifası zamanı alqışların azalmasını görüb “Gənc dostumuzu alqışlamaq çox çətindir” deyə, tamaşaçılara irad tutub.

A.Kazımova səhnəyə qara libasla çıxıb.