Gəncədə ata oğlunu baltaladı, sonra bıçaqla vurdu

19 Dekabr 2019 10:52 (UTC+04:00)

Gəncədə ata oğlunu balta ilə yaralayıb.

Trend-in məlumatına görə, hadisə dekabrın 18-də baş verib.

Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Vilayət Quliyev ailə üzvləri ilə mübahisə edib.

Mübahisədən hiddətənən V.Quliyev yaşadığı evin aynabəndini balta ilə dağıtmağa başlayıb. Həmin vaxt həyat yoldaşı və oğlu onu sakitləşdirməyə çalışsa da, mümkün olmayıb. V.Quliyev əlindəki balta ilə oğlu, 1986-cı il təvəllüdlü Samir Quliyevi vurub, daha sonra isə onu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.