3 Aprel 2012 19:37 (UTC+04:00)
İsrailin Azərbaycan üzrə tanınmış eksperti Brenda Şaffer
Azərbaycanın İsraildən silah almasının İran əleyhinə yönələn bir
razılaşma olmadığını hesab edir.
Ekspert "The Guardian"a bildirib ki, əgər Azərbaycan öz müdafiə
sistemini gücləndirirsə, çox güman ki, bu, Azərbaycan torpaqlarının
20 faizini işğal altında saxlayan Ermənistana ölkənin gücünü
göstərmək üçün nəzərdə tutulur.
"Azərbaycan Rusiya, İran və Türkiyə ilə həmsərhəddir. Ölkənin
iqtisadiyyatı əsasən neftin təhlükəsiz ixracından asılıdır ki, bu
da regional sabitlik tələb edir. Azərbaycanın xarici siyasəti bu
güclərin hər birini, o cümlədən ABŞ və İsraili sakitləşdirmək
səyləri ilə xarakterizə olunur", - Şaffer deyib.
İran əhalisinin 30 faizdən çoxunu etnik azərbaycanlıların təşkil
etdiyini deyən ekspert qeyd edib ki, Azərbaycan İsraillə olduğu
kim, İranla da dostluq əlaqələrinin qorunub saxlanmasına
çalışır.
"Çətin ki, ölkə aqressiv görünəcək hər hansı bir addımın atılmasına
imkan versin", - Şaffer bildirib.
O, diqqətə çatdırıb ki, İranla hər hansı bir münaqişə olacağı
halda, Azərbaycan bundan zərər çəkən birinci ölkə olacaq.