Məzahir Pənahov: Namizədlərin əmlakı ilə bağlı məsələni istəsək də, nəzərə ala bilmirik

8 Yanvar 2020 15:40 (UTC+04:00)

Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də əmlakla bağlı məsələni nəzərə ala bilmirik.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: “Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.