Merilin Monro cinayət qurbanıdır?

12 Yanvar 2020 19:55 (UTC+04:00)

Antidepressant dərmanlar istifadə edən aktrisa Merilin Monronu otağında ölü tapan psixoanalitik, həkim Ralf Qrinsona aid möhürlü bir qutu tapılıb.

Mövqe.az Kulis.az-a istinadən xəbər verir ki, məşhurun ölümünə dair şübhələr davam etməkdədir. Qrinsonun sənətçiyə qəsdən yüksək dozalı dərman verdiyi iddia edilmişdi.

2039-cu ilə qədər açılmağı qadağan edilən qutuda Monroya aid sənədlər də var. Detektivlər, qutuda aktrisanın intihar deyil cinayət qurbanı olduğunu sübut etməyə kifayət qədər sənəd olduğunu qeyd ediblər.