Azərbaycanın axtardığı şəxs Həştərxanda saxlanıldı

14 Yanvar 2020 17:00 (UTC+04:00)

Qazaxıstanın sərhədçiləri beynəlxalq axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Həmin şəxs Qazaxıstanın Həştərxan vilayətinin “Karauzek” keçid məntəqəsindən Rusiya ərazisinə keçməyə çalışarkən ələ keçib.

Bildirilib ki, saxlanılan şəxs Azərbaycan Cinayət Məcəlləsinin qaçaqmalçılıq və psixotrop maddələrin qanunsuz dövriyyəsi maddələri üzrə axtarışa verilib.

Azərbaycanlı Həştərxan polisinə təhvil verilib.