“Infiniti” Xızıda qarda qaldı - Köməyə xilasedicilər çatdı

14 Yanvar 2020 17:13 (UTC+04:00)

Xızı rayonunda “Infiniti” markalı minik avtomobili qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə köməklik göstərilib.