"Mançester Yunayted" Kay Havertsi almaqdan imtina etdi

14 Yanvar 2020 17:19 (UTC+04:00)

“Mançester Yunayted” “Bayer”in yarımmüdadiəçisi Kay Havertsi almaqdan imtina edib.

Mövqe.az-ın məlumatına görə, Havertsin müqabilində 100 milyon avro tələb edilir. Bu böyük məbləğə görə mançesterlilər danışıqları dayandırıb.

Haverts bu mövsüm ərzində bundesliqada keçirdiyi 14 görüşdə 2 qol və 1 məhsuldar ötürmə edib.

Heyətini gücləndirmək istəyən “qırmızı şeytanlar” “Tottenhem”dən Qarri Uinks və “Aston Villa”dan Cek Qrilişi də almağı planlaşdırır.