Rusiyada xəbər agentliyinin müxbiri intihar etdi

14 Yanvar 2020 18:20 (UTC+04:00)

“RİA Novosti”nin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb.

Movqe.az  bildirir ki, bu barədə Rusiya KİV-ləri xəbər yayıb.

Bildirilir ki, Rusiya mediasında çalışan Antonio Manuel Sançes Reqalado İspaniya vətəndaşıdır. Jurnalist gündüz özünü pis hiss edib və təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər. Axşam isə onun cəsədini qonşusu tapıb.

Faktla bağlı intiharın səbəbi araşdırılır.