Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

15 Yanvar 2020 13:17 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul yanvarın 21-də saat 11:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Siyəzən şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da vətəndaşların müraciətlərini dinləyəcək. Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov yanvarın 16-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da şəhər sakinlərini qəbul edəcəkdir. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı isə yanvarın 23-də saat 11:00-da Neftçala rayon Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşəcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin Sumqayıt, Şirvan və Quba bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş olunur.