Qurbanovla Bordin irəlilədi

15 Yanvar 2020 22:18 (UTC+04:00)

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, siyahıda Qurban Qurbanovla Roberto Bordin də var.

Min çalışdırıcının olduğu siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 4 pillə irəliləyərək 1054 xalla 571-ci olub.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 818 xalla 614-cü pillədə qərarlaşıb. İtaliyalı ötən dəfəki siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Barcelona”nın sabiq baş məşqçisi Ernesto Valverde rəhbərlik edir.