Ermənilər “Həsrət nəğməsi”ni oğurladı - Video

15 Yanvar 2020 19:11 (UTC+04:00)

Erməni ifaçılar bu dəfə Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun “Həsrət nəğməsi” mahnısını oğurlayıblar.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, sözləri Vüqara, musiqisi Rəşad Bağırova məxsus mahnını müğənnilər Serine Hovhannisyan və Levon Zaqaryan ifa edib.

Mahnı “Youtube” video-portalında “İmacir Sirel em” adı altında təqdim olunub. Sözlərin müəllifi kimi Artur Mesropyan qeyd edilsə də, musiqinin kimə məxsus olması yazılmayıb.