Heydər Əliyev Sarayında "Just Jazz" adlı caz gecəsi keçirilib (FOTO)

15 Yanvar 2020 17:31 (UTC+04:00)

Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçirilib.

Saraydan Mövqe.az-a verilən məlumata görə, gecədə Beynəlxalq caz festivalları və tədbirlərin iştirakçısı olan, Respublikanın Əməkdar artisti Şəhriyar İmanov, Əməkdar artist Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, Coffee Band, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə, Ləman Abbaszadə və The Passion Band iştirak ediblər.

Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər səsləndirilib.