Şabranda yol qəzası - 4 yaşlı uşaq daxil olmaqla üç nəfər xəsarət aldı

16 Yanvar 2020 11:47 (UTC+04:00)

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Ağalıq kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlar, 2016-cı il təvəllüdlü Ağazadə Əli Cəmşid oğlu, 1996-cı il təvəllüdlü Məmmədzadə Pərvin Yusif qızı və 1964-cü il təvəllüdlü Ağayev Cümşüd Əliqulu oğludur.

Yaralanan şəxslər bir müddət xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar.