Dövlət xəstəxanasının tualetindən körpə cəsədi tapıldı

16 Yanvar 2020 14:43 (UTC+04:00)

Dəhşətli  hadisə  Türkiyənin İzmir şəhərində yaşanıb. 

Mövqe.az xəbər verir ki, İzmir Dövlət xəstaxanasının  qadın  ayaqyolusunda  yeni doğulmuş körpə  cəsədi tapılıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşlarının ilkin  müayinəsi zamanı körpənin cinsiyyətinin qız olduğu  aşkar edilib.  Körpənin nə vaxt öldüyünü təyin etmək üçün ekspertiza üzrə meyitxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam edir.