Ərdoğan: TANAP Türkiyəni enerji qovşağına çevirib

16 Yanvar 2020 15:11 (UTC+04:00)

Türkiyə ilə Azərbaycanın əməkdaşlığının təcəssümü olan Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyəni enerji qovşağına çevirib.

Mövqe.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, iqtisadi qeyri-stabilliyə baxmayaraq TANAP planlaşdırılan müddətdən əvvəl reallaşdırılıb:

“TANAP regionda ən vacib enerji layihələrindən biridir”.