Cəlilabadda “Ford”la “VAZ” toqquşdu - Ölən var

16 Yanvar 2020 15:18 (UTC+04:00)

Cəlilabad rayonunun Alar kəndi ərazisində “Ford Transit” və “VAZ-2106” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata əsasən, yanvarın 15-də saat 18:00 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Abşeron rayon sakini Y.Tahirovun idarə etdiyi “Ford Transit” və Salyan rayon sakini Ağarəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə A.Məmmədov hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.