Bağırsaq qurdlarını öldürür, xərçənglə mübarizə aparır - Tərxunun faydaları

16 Yanvar 2020 20:31 (UTC+04:00)

Tərxun vitamin və minerallar, efir yağları, flavonoid, kumarin, alkaloidlər və bəzi digər nadir faydalı maddələrlə zəngindir.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, tərxun qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. Həmçinin tərxunu "sevgi" dərmanların tərkibinə də daxil edirdilər. Tərxunun çoxlu faydalı xüsusiyyətləri var:

-Tərxun orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

-Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi salır.

-Bağırsaqlarda qurdları və patogen mikrobları öldürür.

-Depressiya zamanı yaxşı kömək edir.

-Kişilərdə potensiyanı artırır.

-Diş və baş ağrısını azaldır.

-Xərçəng əleyhinə təsirə malikdir.

-Qastrit və madə xorası olanlara tərxun yemək olmaz.

-Hamiləlik zamanı bu göyərtinin istehlakı uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, bu da hamiləlik üçün təhlükə yaradır.

Tərxunun çoxlu miqdarda istehlakı zəhərlənməyə gətirib çıxarda bilər. Bu zaman insanda ürəkbulanması, qusma, hətta bayılma kimi simptomlar meydana çıxır.