Mətanət İsgəndərli sinəsindən əməliyyat olunacaq

16 Yanvar 2020 20:53 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərli son vaxtlar köklükdən əziyyət çəkir.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Şou ATV" verilişində danışıb. O bildirib ki, arıqlaya bilmir və əməliyyat etdirməyi düşünür:

"Artıq istəyirəm ki, əməliyyata gedim. Ən əsası da sinəmi kiçildəcəm. Mənim ən yaralı yerimdir".