Murilyo La Liqaya qayıtdı

16 Yanvar 2020 21:26 (UTC+04:00)

Celta Vigo heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi kolumbiyalı mərkəz müdafiəçisi Ceyson Murilyonu heyətinə qatıb.

27 yaşlı futbolçu Sampdoria-dan mövsümün sonunadək icarəyə götürülüb. Amma İspaniya təmsilçisi mövsüm bitəndən sonra bu oyunçunun transfer hüquqlarını da almalıdı.

Bu mövsüm Sampdoria-da 12 oyuna çıxan Murilyo, karyerası ərzində Barcelona, Valencia, İnter, Las Palmas və Granada-nın da formasını geyinib.