Mobil telefonun zərərini azaltmaq üçün qaydalar açıqlandı - 2 dəqiqədən çox olmaz

16 Yanvar 2020 23:19 (UTC+04:00)

Rospotrebnadzor dövlət qurumu tərəfindən bütün Rusiya əhalisinə mobil telefonları şalvar, geyim ciblərində gəzdirməmək tövsiyəsi verilib.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, telefonu bədənə yaxın saxlamaq səhhətə ciddi zərərlər verir.

Onu bədəndən kənar tutmaq, zəng və danışıqları 2 dəqiqədən çox etməmək, bir zənglə digər zəng arasında azı 15 dəqiqə fasilə olmalıdır.

Zəng zamanı, telefonu zəngi açandan sonra dərhal yox, 20 saniyə sonra qulağa yaxınlaşdırmaq lazımdır.

Bu onunla izah edilib ki, telefonlar zəng zamanı birləşdirmə anında maksimal gücdə çalışır və bu zaman radiasion şüalanma yüksək həddə olur.

Zənə cavab verdikdən 10 saniyə sonra bu səviyyə azalır.