UEFA Azərbaycan klublarının xalis borcunu açıqladı

17 Yanvar 2020 11:10 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə xalis borcları bəlli olub.

Goal.az-ın məlumatına görə, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. 8 klubun ümumi borcu 20 milyon avro təşkil edib. Hər klubun borcu orta hesabla 2.5 milyon avro təşkil edib.

Çempionat bu göstərici ilə Avropada 19-cudur. İngiltərə Premyer Liqasındakı 20 klubun 2 milyard 474 milyon, İtaliya A Seriyası təmsilçilərinin 1 milyard 808 milyon, Türkiyə Super Liqasındakı klubların isə 983 milyon avro xalis borcu var.