“Ford” yolu keçmək istəyən piyadanın həyatına son qoydu

17 Yanvar 2020 15:03 (UTC+04:00)

Bakının Binəqədi rayonu S.Məmmədova küçəsində yanvarın 16-da yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazrliyindən (DİN) Mövqe.az-a verilən məlumata görə, ötən gün saat 8 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub.

Bildirilir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.