Ronaldo ağır xəstəliyə tutulub

17 Yanvar 2020 19:54 (UTC+04:00)

Juventus-un futbolçusu Kriştiano Ronaldo komandanın son məşqində iştirak etməyib.

Goal.az xəbər verir ki, buna portuqaliyalı hücumçunun xəstələnməsi səbəb olub.

Sinusit (burnunun selikli qişasının bir və ya bir neçə əlavə boşluqlarının iltihabı) xəstəliyinə tutulan 35 yaşlı futbolçunun İtaliya A Seriyasının 20-ci turunda Parma-ya qarşı keçiriləcək görüşdə oynayıb-oynamayacağı da məlum deyil.

Qeyd edək ki, Ronaldo daha öncə eyni səbəbdən Udinese ilə kubok matçında da komandasına kömək edə bilməyib.