Atatürkü “Aşkı memnu”nun aktyoru canlandıracaq

17 Yanvar 2020 22:54 (UTC+04:00)

TRT 1-in yeni "Ya istiklal, ya ölüm" adlı serialında Mustafa Kamal Atatürkü kimin canlandıracağı bəlli olub.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, 8 bölüm nəzərdə tutulan ekran işində Atatürkə "Aşkı memnu" serialı ilə məşhurlaşan aktyor İlker Kızmaz həyat verəcək.

Qeyd edək ki, obrazı canlandırması üçün Kıvanç Tatlıtuğa təklif götürülsə də, onun başqa bir layihə ilə müqavilə bağlaması buna mane olub.