Xəyyam “Altın kelebek”ə gedəsi olmadı

17 Yanvar 2020 21:23 (UTC+04:00)

Müğənni Xəyyam Nisanov namizəd olduğu “Altın kelebek” mükafatından imtina edib.

Mövqe.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb:

“Əziz dostlar, Nəzərinizə çatdırmaq istəyirəm ki, “Altın Kelebek”dən müsabiqə vaxtı bir neçə dəfə dəyişdiyi üçün könüllü olaraq ayrılmışam. Bütün iştirakçılara uğur arzu edirəm”.

Qeyd edək ki, fevralın 28-də İstanbulda reallaşacaq gecənin namizədləri arasında Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Murad Arif, Azad Şabanov, Elçin Cəfərov və aktrisalar Oksana Rəsulova, Pərvin Abıyeva var.