Paytaxtda “Ford” 14 yaşlı yeniyetməni öldürdü

18 Yanvar 2020 19:28 (UTC+04:00)

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN)Mövqe.az-a verilən məlumata əsasən, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.