Dünyanın ən balaca boy sakini öldü - Fotolar

18 Yanvar 2020 19:52 (UTC+04:00)

Dünyanın ən kiçik adamı, Nepal sakini Haqendra Tapa Maqar 28 yaşında vəfat edib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, məlumata görə, son vaxtlar Haqendra ürək problemləri, astma və pnevmaniya ilə mübarizə aparıb.

O,  ilk dəfə 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. 67,8 santimetr boyu ilə müstəqil hərəkət etmək qabiliyyətini saxlayan dünyanın ən kiçik adamı olaraq tanınıb.

Haqendranın ölümü ilə bu titul kolumbiyalı Eduard Nino Hernandesə keçib. Onun boyu 70,21 santimetrdir.