Ronaldo Enes Unal haqda danışdı

18 Yanvar 2020 22:51 (UTC+04:00)

Əfsanəvi oyunçu Luis Nazario Ronaldo türkiyəli futbolçu Enes Unal barədə xoş sözlər söyləyib.

Goal.az xəbər verir ki, braziliyalı sabiq oyunçu gənc futbolçudan çox şey gözlədiyini bildirib:

“Enes çox yaxşı oyunçudur. Onun son oyunlarda vurduğu qolları görürsünüz. Açığı, mən ondan çox şey gözləyirəm və buradan ona deyirəm ki, qollara davam etsin”.

Qeyd edək ki, Enes İspaniyanın Valladolid klubunda çıxış edir. Ronaldo isə sözügedən klubun səhimlərinin 72 faizinə sahibdir.