Neftçi Bordinin köməkçisini də yola saldı

19 Yanvar 2020 14:32 (UTC+04:00)

“Neftçi” daha bir məşqçisi ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, “Neftçi” ötən gecə baş məşqçisi Roberto Bordini də istefaya göndərdiyini açıqlamışdı.