Bakıda 2 otaqlı evdə yanğın baş verib

19 Yanvar 2020 18:54 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin (bir hissəsi taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.