Rusiyada hoteldə isti su borusu partladı - 5 ölü

20 Yanvar 2020 11:29 (UTC+04:00)

Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində 5 nəfər həlak olub.

Mövqe.az-ın məlumatına görə, ölən şəxslərin meyiti su basan sahədən suyun boşaldılmasından sonra aşkar edilib.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlayıb.