Yevlaxda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

20 Yanvar 2020 16:09 (UTC+04:00)

Yevlax rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub. 

Mövqe.az xəbər verir ki, ictimaiyyətin nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarlarına gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər faciəni törədənləri lənətləyib, şəhidlərə uca yaradandan rəhmət diləyiblər.

Məktəblilər arasında keçirilən “Şəhidlərin ruhu bizi intiqama səsləyir” mövzusunda inşa və rəsm müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub. Rayonun mədəniyyət işçiləri ədəbi-bədii kompazisiya nümayiş etdiriblər.

Sonda tədbir iştirakçıları məktəblilərin faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxıblar.