Siyəzəndə “Daewoo” yolu keçən kişini vurub öldürdü

20 Yanvar 2020 17:32 (UTC+04:00)

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata əsasən, yanvarın 19-da saat 18 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Xaçmaz rayon sakini İ.Ələsgərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.

Bildirilir ki, nəticədə o, hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.