Xırdalanda "Opel" yandı

21 Yanvar 2020 09:58 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Mövqe.az-a verilən məlumata əsasən, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bildirilir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.