“AzerGold” 2019-cu ildə vergi ödənişlərini artırıb

21 Yanvar 2020 12:52 (UTC+04:00)

2019-cu ildə “AzerGold” QSC tərəfindən dövlət büdcəsinə ümumilikdə 13 487 739 manat vəsait ödənilib.

Mövqe.az-ın “AzerGold”a istinadən verdiyi məlumata görə, 2018-ci ildə bu məbləğ 12 644 465 manat təşkil edib.

2019-cu ildə büdcə ödənişləri əvvəlki illə müqayisədə 843 274 manat, yəni 6,67% artıb.