Türkiyədə güclü qar 300-dən çox yaşayış məntəqəsi ilə əlaqəni kəsdi

21 Yanvar 2020 13:07 (UTC+04:00)

Türkiyədə yağan güclü qar Yozqat, Kayseri və Sivas vilayətlərində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olub.

Mövqe.az-ın məlumatına görə, həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb.

Bəzi bölgələrdə qar örtüyünün bir metrədək çatdığı deyilir.

Hazırda yaşayış məntəqələri ilə əlaqənin bərpa olunması üçün işlər aparılır.