18-ci bölümü ilə ekrana vida edir

21 Yanvar 2020 18:53 (UTC+04:00)

“Star” TV-də yayımlanan “Çocuk” serialı final etməyə hazırlaşır.

Mövqe.az xəbər verir ki, ekran işi 18-ci bölümü ilə izləyicilərlə vidalaşacaq.

Baş rollarında İsmail Hacıoğlu, Nazan Kesal, Merve Çağıran və Ceyda Ateşin kimi aktyorların oynadığı serialın hansı səbəbdən erkən bitməsi isə məlum deyil.