Xızıda itkin düşən ana və 3 övladı tapıldı

22 Yanvar 2020 10:21 (UTC+04:00)

Xızı rayonunda itkin düşən ana və övladları tapılıb.

Mövqe.az-ın məlumata görə, 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birgə Bakı şəhərində tapılaraq polis şöbəsinə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib.

Qeyd edək ki, Xızıda ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü.