Qaxda beş otaqlı ev yanıb

22 Yanvar 2020 10:34 (UTC+04:00)

Qax rayonunda bu gecə 5 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Mövqe.az-a verilən məlumata görə, Qax rayonunun Lələli kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.