“Azneft”in idarəsində istehsalat müşavirəsi keçirilib (FOTO)

22 Yanvar 2020 13:33 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu, hasilatın artırılması üçün hazırlanmış Tədbirlər Proqramının müzakirəsi ilə müşavirə keçirilib.

“Azneft”dən Mövqe.az-a verilən məlumata görə, “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov N.Nərimanov adına NQÇİ-nin gələcək perspektivlərindən danışıb, neft-qaz hasilatının artırılması istiqamətində görüləcək işlərdən söz açıb. Son illər “Bulla-dəniz” yatağında quraşdırılan yeni platformaların, qazılan yeni quyuların əməhiyyətini vurğulayan baş direktor kollektiv qarşısında mühüm tapşırıqlar qoyub.

Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu ilə bağlı hesabat verib.

Müşavirədə bir sıra təkliflər səsləndirilib, qarşıda duran mühüm vəzifələr müzakirə edilib.