Sabah-dan ayrılan futbolçu Səbail-də

22 Yanvar 2020 14:53 (UTC+04:00)

Ötən ay “Sabah”dan ayrılan Hendrik Ekşteyn karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

Goal.az xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi “Səbail”ə keçib. Bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Onunla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ilin avqustundan dekabrına qədər “Sabah”da çıxış edib. O, bu mövsüm keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.